Hüseyn Cavid Sözləri

"Ölüm var ki,həyat qədər dəyərli,
Həyat var ki,ölümdən də zəhərli...
Yaşamaq da xoşdur,ölmək də xoşdur,
Qayəsiz həyatda ölüm də boşdur."
"Beş gün ömrün neçə əfsanəsi var,
Eşqi var,badəsi,peymanəsi var.
Sonu həsrətlə bitərkən,əfsus,
Yenə dünya dolu pərvanəsi var."
"Mən gözəllərdə gözəl ruh araram,
Ruhu düşkünləri çirkin sanaram."
"Gözəlsiz bir gülşən zindana bənzər,
Sevgisiz bir başda əqrəblər gəzər."
Qadın gülürsə,bu işsiz mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələk."
"Hər şey sənindir,ey qafil insan!
Gülgün şəfəqlər,rəngli çiçəklər.
Hər şey sənindir,ey cahil insan!
Parlaq günəşlər,dilbər mələklər.
Yalnız sənin,yalnız sənin hər dürlü nemət;
Gənclik,gözəllik,eşqü ülfət,hər səadət."
"Bir millətijln tərəqqi və tənəzzülünü bilmək üçün onun məktəblərini görmək kifayət edər."
"Yurdu sarmış qabalıq,yaltaqlıq,
Yüksəliş varsa,səbəb alçaqlıq!"
"Arslanların saymazlığı şikarı tülkülərə qapdırar."
"Qaranlıq gecələr olmasaydı,gözləri oxşayan ulduzlar bunca sevilməzdi."
"Hər qaranlıqda çırpınır bir nur,
Hər həqiqətdə bir xəyal uyuyur."
"Elm hər dildə birdir."
"Yaşamaq gərçi xoş əməl,
Yaşatmaq daha gözəl."
"Təzad həyatın ahəngidir."
"Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü."
"Səni qurtarsa,qurtarar birlik,
Çünki birlikdədir fəqət dirilik."
"Əsərlər zəhərli,əxlaqsız,kefkəş bir movzu təqib edərsə,gec-tez bütün oxucular zəhərlənmiş olar."
"Siyaset rol oynarkən,ədəbiyyat susur."
"Bugünkü müharibədə toplar,tüfənglər deyil,
hər məmləkətin ədəbiyat və fəlsəfəsi ilə bəslənən beyinlər d ayrıca haizi-əhəmiyyətlidir."
"Əsiri olduğum bir şey varsa,o da həqiqət və yenə həqiqətdir."
"Ədəbiyat millətdəki əhvali-rihiyyənin inikası deməkdir."

Yorumlar

Bu blogdaki popüler yayınlar

Anlamlı Uzun Sözler

Sevgili İle İlgili Sözler

Manalı Sözler