Cəlil Məmmədquluzadə Sözləri

"Elə yaşamalısan ki,öləndən sonra da ölməyəsən-həyatın məqsədi məhz budur."
"Dirisiyle rusca,ölüsüylə ərəbcə danışan xalqım mənim."
"Plovun yağlısını yeyən yaxşı fatihə verər."
"Ölüdən şeytan da əl çəkər,arvad əl çəksə..."
"Yox fərqi bizim hündür ilə alçağımızda,
Daim görürüz iş bu qocalmış çağımızda,
Cüt-cüt durur övrət sağımızda,solumuzda,
Şəfqət quluyuz,nəfisdən imdad alırız biz,
Dindarlarız,gündə bir arvad alırız biz."
"Azərbaycan qadını çarşabdan çıxıb başını açanda müasirləşdi deyə sevincimdən papağımı göyə tulladım.O gün bu gündür papağımı tapa bilmirəm..."

"Millətim kitabı bağlayıb kənara qoyanda,oğul uşaq evləndirmək üçün falçıya üz tutanda əmin oldum ki bu xalqın savad almağa meyli olmayacaq və illər keçdikcə daha da həvəs itəcək təhsilə,tərbiyəyə..."
"Bizlərdə savad mod deyil."
"Qardaş bu İran nə mənə şeydirsə aftafasını əlinə alıb Arazı keçən bizə din dərsi verməyə çalışır.Amma dərindən baxanda görürsən ki,bu zatların hamısı,dələduz,fırıldaqçı və millətin kürəyinə yapışmış Molla Zəliləridir."
"Sağlam dəlil də şahid deməkdir.Onun şahidi yox idi.Çünki pulu yox idi..."
"Düzdür,yerimdədir əlim ayağım,
Vardır bədənimdə canım da hətta,
Ancaq bir iş var ki,yox azadlığım,
Ağrıdır yaşamaq əsarət altda."
"Əgər bilmək istəsəniz ki kimə gülürsünüz,o zaman qoyun qarşınıza aynanı və diqqət ilə baxın camalınıza."
"Əgər məndən soruşsalar ki,dövlətdən,naz nemətdən nəyin var,qürur hissi ilə deyərdim:Bütün kainatı,yer üzünü təsvir və tərənnüm etməyə qadir sözüm,ana dilim var."
"Ey mənim yüz il sonra da yaşayacaq millətim!Əgər bir gün hardasa "Molla Nəsrəddin"in saralmış və cırılmış vərəqləri əlinə keçsə,onda mənim millətimi nahaqdan tənqid etdiyimi fikirləşmə."

Yorumlar

Bu blogdaki popüler yayınlar

Anlamlı Uzun Sözler

Sevgili İle İlgili Sözler

Manalı Sözler